Neft Fondu son bir aydakı gəlirlərini AÇIQLADI


Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) və “Şahdəniz” yataqları üzrə gəlirlərini açıqlayıb.

Fonddan verilən məlumata görə, 2021-ci ilin yanvar ayında AÇG yatağından 244,946 milyon ABŞ dolları məbləğində gəlir əldə edilib.

O cümlədən, hesabat dövründə "Şahdəniz” yatağı üzrə kondensatın satışından bu ilin yanvar ayında əldə olunan gəlir 3,538 milyon ABŞ dolları təşkil edib.
Xatıraldaq ki, AÇG layihəsinin əsas iştirakçıları BP (operator - 30,37%), SOCAR (25%), MOL (16 aprel 2020-ci il tarixindən “Şevron” şirkətini əvəz edib)  (9,57%), İNPEKS (9,31%), "Equinor" (keçmiş "Statoil") (7,27%), EksonMobil (6,79%), TPAO (5,73%), İTOÇU (3,65%) və ONGC Videş Limited (OVL) (2,31%) şirkətləridir.

DİGƏR XƏBƏRLƏR

Top