Azərbaycanda bu günə olan yoluxma sayı AÇIQLANDI - 5 nəfər vəfat etdi

Azərbaycanda son sutkada koronavirusa 138 yeni yoluxma faktı qeydə alınıb, 329 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 230 907 nəfər koronavirus infeksiyasına yoluxub.

Onlardan 224 760 nəfər müalicə olunaraq sağalıb, 3153 nəfər vəfat edib, aktiv xəstə sayı 2994 nəfərdir.

Ölkədə son sutka ərzində 6133, hazırkı dövrədək isə 2 439 718  test aparılıb.

 

DİGƏR XƏBƏRLƏR

Top