Pakistanın Bəluçistan əyalətində partlayış baş verib.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, mövzu ilə əlaqədar açıqlamaları Sibi polis rəisi Vəzir Xan Marri verib. Polis rəisi partlayışın 5 Fevral Kəşmir Həmrəylik Günü yürüşü vaxtı baş verdiyini deyib.
Qeyd edək ki, həyata keçirilən bombalı hücum nəticəsində ən az 16 nəfər yaralanıb, onlardan ikisi uşaqdır. Yaralılar xəstəxanaya yerləşdirilib. Yaralılardan 4-nün vəziyyəti ağırdır. Hadisənin baş verdiyi yer təhlükəsizlik zolağı ilə əhatələnib. Həmin əraziyə xeyli sayda bomba zərərsizləşdirici qüvvələr cəlb olunub.