Ərdoğan Makronu sərt tənqid etdi: "Sən get sarı jiletlilər problemini həll et"


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan cümə namazı çıxışında jurnalistlərə açıqlama verib.
Yeniavaz.com
Türkiyə mətbuatına istinadla xəbər verir ki, Ərdoğan Boğaziçi Universitetində olan etirazlarla bağlı fikir bildirən ABŞ və Avropa ölkələrini tənqid edib:
“ABŞ və Avropa, “baş verənləri qınayırıq”deyirlər. Seçkilər qabağı ABŞ-da baş verənlərdən heç utanc duydunuzmu? Makron da bu barədə danışır, sən get sarı jiletlilər problemini əvvəlcə həll et. Hamısı bizim sakitliyimizi qaçırmaq istəyirlər”.

DİGƏR XƏBƏRLƏR

Top