Ermənistan hökuməti İkinci Qarabağ Müharibəsində hərbi itkilərini açıqlamaqda davam edir.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Ermənistan Müdafiə Nazirliyi məhv edilən daha 52 hərbçilərinin adını açıqlayaraq ümumi itkilərinin 2175-ə çatdığını bildirib.
Qeyd edək ki, Ermənistanın Səhiyyə Nazirliyi isə 4 minə yaxın cəsədin hərbi ekspertizadan keçirildiyini deyib.