İkinci Dünya Müharibəsindən qalan bunker yarım milyon dollara satışa çıxarıldı


1941-ci ildə ikimərtəbəli 60 otaqlı radar mərkəzi olaraq inşa edilən bunker satışa çıxarıldı.
Yeniavaz.com
xarici xəbər verir ki, sığınacaq bunkeri İngiltərənin cənub-qərbindəki Devon şəhərində 400.000 funt-sterlinqə (545.000 ABŞ dolları) satılır. Bu barədə "Daily Mail" məlumat yayıb. 
Soyuq Müharibə dövründə yenidən qurulmuş və Sovet təyyarələrini tutmaq üçün istifadə edilib. Bunker nüvə hücumu olduğu təqdirdə İngiltərə hökumətinin təcili regional mərkəzlərindən birinə çevrilməli idi.

DİGƏR XƏBƏRLƏR

Top