Azərbaycanda neft hasilatı kəskin azaldı – Son 9 ilin neft hasilatı…


2020-ci il ərzində "Azəri-Çıraq-Günəşli" (AÇG) yatağının “Çıraq”, “Mərkəzi Azəri”, “Qərbi Azəri”, “Şərqi Azəri”, “Dərinsulu Günəşli” və “Qərbi Çıraq” platformalarından birlikdə 175 milyon barel (23,6 milyon ton) və ya gündə orta hesabla 477 min barel neft hasil edilib. 
Yeniavaz.com xəbər verir ki, bu barədə “BP-Azərbaycan” şirkətindən məlumat verilib. Ötən ilin məlumatlarına istinadən apardığımız hesablamalar göstərir ki, 2019-ci illə müqayisədə neft hasilat 10,2% və ya 20 milyon barel az olub.
Gündəlik hasilat – “Çıraq” plantformasında 34,9 min, “Mərkəzi Azəri”də 113,2 min, “Qərbi Azəri”də 118,9 min, “Şərqi Azəri”də 64,2 min, “Dərinsulu Günəşli”də 95,4 min və Qərbi Çıraqda 50,4 min barel olub. Əvvəlki illə müqayisədə istisnasız olaraq bütün platformalarda gündəlik neft hasilaytı aşağı düşüb.
2020-ci ildə AÇG-də ümumilikdə 127 neft hasilat quyusu və 53 qaz və su injektor quyusu istismarda olub. 2019-ci illə müqayisədə hasilat quyularının sayı 2  ədəd artıb, injektor quyularının sayı isə dəyişməz qalıb.
Xatıraldaq ki, AÇG layihəsinin əsas iştirakçıları BP (operator - 30,37%), SOCAR (25%), MOL (16 aprel 2020-ci il tarixindən “Şevron” şirkətini əvəz edib)  (9,57%), İNPEKS (9,31%), "Equinor" (keçmiş "Statoil") (7,27%), EksonMobil (6,79%), TPAO (5,73%), İTOÇU (3,65%) və ONGC Videş Limited (OVL) (2,31%) şirkətləridir.
Son 9 ildə AÇG yatağında neft hasilatı və quyuların sayı:
İllər Hasilat
(milyon barel)
Quyuların sayı
(ədəd)
2012 243 94
2013 239 118
2014 233 123
2015 231 133
2016 230 149
2017 215 169
2018 213 168
2019 195 178
2020 175 180

DİGƏR XƏBƏRLƏR

Top