Norveçin məşhur neft şirkəti “Equinor”un (keçmiş “Statoil”) Azərbaycandakı 2 şirkətini ləğv olunur.
Yeniavaz.com “Vergilər” qəzetinə istinadən xəbər verir ki, “Equinor Shah Deniz AS” və “Equinor Azerbaijan AS” enerji şirkətlərinin Azərbaycandakı nümayəndəliyi ləğv olunduqlarını elan ediblər.
Kreditorlar iki ay ərzində tələblərini AZ1025 Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, ev 25E ünvanına bildirə bilərlər.
Qeyd edək ki, “Equinor Azerbaijan AS” şirkəti 1996-cı ildən, “Equinor Shah Deniz AS” şirkəti isə 2011-ci ildən Azərbaycanda fəaliyyət göstərir. Əsası 1972-ci ildə qoyulan Norveçin ən böyük şirkəti olan “Equinor”in səhmlərinin 64%-i dövlətin nəzarətindədir. “Equinor” şirkəti Azəri-Çıraq-Günəşli (AÇĞ) layihəsində 7,27% paya sahibdir.