Bakıda qadın qızıllarını, qab-qacaqlarını binadan aşağı atdı - VİDEO

Bakının Nizami rayonunun Özbəkistan küçəsində yerləşən yaşayış binalarından birində maraqlı hadisə yaşanıb.

Yeniavaz.com Oxu.az-a istinadən xəbər verir ki, bir qadın yaşayış binasının üçüncü mərtəbəsindən ev əşyalarını atmağa başlayıb.

Hadisə şahidlərinin dediyinə görə, qadın qızıl-zinət əşyalarını, qab-qacaq, ütü kimi ev əşyalarını yola atıb.

Qadının hərəkətinin dəqiq səbəbi bilinmir. Ancaq hadisəyə məişət zəminində ailə daxili problemin səbəb olduğu güman edilir.

DİGƏR XƏBƏRLƏR

Top