Ziya Məmmədov barəsində yayılan xəbərlə bağlı: "Şayiələrə inanmayın"


Keçmiş nəqliyyat naziri Ziya Məmmədov istintaq orqanları tərəfindən dindirilməyə çağırıldığı barədə məlumatları təkzib edib

“Bu məlumatı kim yayıb? Yalandır. Mən evdəyəm, şayiələrə inanmayın”, - deyə keçmiş nazir jurnalistlərə açıqlamasında deyib.

Xatırladaq ki, bundan əvvəl bir sıra yerli KİV-lər adı açıqlanmayan mənbələrə istinad edərək keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun həbsindən sonra Ziya Məmmədovun da istintaqa çağırıldığını yazıb. //Virtualaz.org

DİGƏR XƏBƏRLƏR

Top