Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov və ABŞ-ın yeni dövlət katibi Antoni Blinken arasında ilk telefon danışığı həyata keçirilib.
Yeniavaz.com “İnterfax”a istinadən xəbər verir ki, söhbət əsnasında Lavrov həmsöhbətini təyin olduğu vəzifəsi münasibətilə təbrik edib. Onunla geniş mövzularda konstruktiv dialoqa hazır olduğunu bildirib. Həmsöhbətlər Strateji Silahların Məhdudlaşdırılması Müqaviləsinin 2026-cı ilə qədər uzadılmasını alqışlayıblar. Telefon danışığı zamanı rəsmilər bir sıra beynəlxalq məsələrə toxunublar.
Qeyd edək ki, Lavrov və Blinken daimi iş əlaqələrini saxlamaq barədə razılığa gəliblər.