Dövlət Xidmətindən Kamil Zeynallının medal alması xəbərilə bağlı AÇIQLAMA


Bəzi sosial şəbəkə hesablarında və xəbər saytlarında Kamil Zeynallı adlı vətəndaşın Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırışı üzrə Dövlət Xidməti tərəfindən təltif olunması barədə həqiqətə uyğun olmayan məlumatlar yayılıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə Dövlət Xidmətinin yaydığı açıqlamada bildirilib.

Açıqlamada qeyd olunub ki, həmin şəxs Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən heç bir medal və mükafatla təltif edilməyib.
Qeyd edək ki, K.Zeynallı Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi tərəfindən təltif edilib. Bu barədə məlumat təltifnamənin möhür yerində də görünür. 

DİGƏR XƏBƏRLƏR

Top