Sülhməramlı kontingentinə “Sputnik-V” peyvəndinin ikinci dozası vuruldu


Rusiya sülhməramlı kontingentinin (RMK) hərbi həkimləri Dağlıq Qarabağda sülhməramlıların peyvəndinə başlayıblar.
Yeniavaz.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi veb səhifəsində məlumat verilib. Peyvəndi ilk vurduran Rusiya sülhməramlı kontingent komandanlığının nümayəndələri, həmçinin Xankəndidə yerləşən tibb hissələrinin hərbçiləri olub.
İrəlidə təsdiqlənmiş cədvələ uyğun olaraq səyyar tibb qrupları, 27 müşahidə məntəqəsində tapşırıqları yerinə yetirən RMK işçilərini peyvənd olunacaqları qeyd olunub.
Ümumilikdə, Dağlıq Qarabağa təxminən 2 min dozalıq peyvənd çatdırılıb. İfadə edilir ki, göstərilən rəqəmlər sülhməramlıların bütün heyəti üçün kifayətdir. Vaksin, Dağlıq Qarabağa çatdırılarkən təhlükəsizliyi baxımından xüsusi istidici qablarda gətirilib.
Peyvəndlənmə başa çatdıqdan sonra, bütün hərbi qulluqçular “Sputnik-V” peyvəndinin birinci və ikinci komponentlərinin tətbiqi tarixlərini göstərən yeni bir koronavirus infeksiyasına qarşı profilaktik peyvənd sertifikatı alacaqlar.

DİGƏR XƏBƏRLƏR

Top