Daha 28 müəssisə Rusiyaya alma ixrac edəcək


Rusiyanı Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti ("Rosselxoznadzor") 8 fevral tarixindən etibarən Azərbaycanın 28 müəssisəsinə Rusiyaya alma tədarükünə qoyulan məhdudiyyətləri ləğv edir.

Bu barədə "Rosselxoznadzor"un açıqlamasında deyilir.
Bundan əvvəl sözügedən icazə Azərbaycanın 10 müəssisəsinə verilmişdi. Beləliklə, hazırda 38 Azərbaycan şirkətinin Rusiyaya alma ixrac etməyə icazəsi mövcuddur.​​​​​

DİGƏR XƏBƏRLƏR

Top