BNA Sumqayıtda avtoxuliqanlıq edən avtobus sürücüsü ilə bağlı məlumat yaydı


Bakı Nəqliyyat Agentliyi (BNA) Sumqayıtda avtobus sürücüsünün avtoxuliqanlıq etməsi ilə bağlı məlumat yayıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat katibi Mais Ağayev bildirib.

"Məlum olduğu kimi 05.02.2021 tarixində axşam saatlarında Sumqayıt şəhərində sərnişin avtobusunun sürücünün avtoxuliqanlıq etməsinə dair fakt qeydə alınıb. Bəzi xəbər saytlarında və sosial şəbəkə hesablarında avtobusun Bakı Nəqliyyat Agentliyinə məxsus olması barədə həqiqətə uyğun olmayan informasiyalar yayılıb.

Məlumat üçün bildirik ki, avtoxuliqanlıq halı qeydə alınan nəqliyyat vasitəsi “Xaliq Faiqoğlu” MMC-yə aiddir. 10 TG 816 dövlət qeydiyyat nişanlı avtobus 114 nömrəli müntəzən xətt üzrə istismardadır.

Hazırda fakt üzrə hərtərəfli araşdırma aparılır. Xətt üzrə daşıyıcı “Xaliq Faiqoğlu” MMC-nin məsul şəxsləri Agentliyə çağırılıb. Məsələ ilə bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək", - deyə o bildirib.

DİGƏR XƏBƏRLƏR

Top