Şimali Osetiya liderinin qardaşı qəzadan sonra intihar etdi


Şimali Osetiya Respublikasının başçısı Kazbek Bitarovun qardaşı, 4 nəfərin ölümünə səbəb olan qəzadan sonra intihar edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “lenta.ru” məlumat verib. Bildirilib ki, Bitarovun cəsədi evində tapılıb.
Qeyd edək ki, Bitarovun şübhəli bilindiyi qəza 2020-ci ilin dekabrında Kabardin-Balkariyada baş verib. O, Toyota “Land Cruiser” markalı avtomobili  idarə edərkən, iki uşaq və ata-ananın olduğu avtomobillə toqquşdu. Hadisə nəticəsində ailənin bütün üzvləri dünyasını dəyişmişdi.
 

DİGƏR XƏBƏRLƏR

Top