Ötən il Gürcüstandan deportasiya olunan Azərbaycan vətəndaşlarının sayı açıqlandı


2020-ci ildə Gürcüstandan 49 nəfər xarici ölkə vətəndaşı deportasiya edilib.

Bu barədə ölkənin Daxili İşlər Nazirliyinin illik hesabatında bildirilib.

Sənədə əsasən, illik müqayisədə deportasiya ilə üzləşən əcnəbilərin sayında iki dəfədən çox azalma qeydə alınıb.

Qonşu ölkədən çıxarılan əcnəbilərin 7-si Azərbaycan vətəndaşı olub.

2019-cu illə müqayisədə Gürcüstandan deportasiya olunan Azərbaycan vətəndaşlarının sayı 25 nəfər azalıb. (report)

DİGƏR XƏBƏRLƏR

Top