Türkiyədən Azərbaycana yeni minatəmizləmə texnikası göndərilir.
Yeniavaz.com xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, tamamilə yerli istehsal olan 20 ədəd mexaniki minatəmizləmə avadanlığının partiyası Kayseridən Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus yük təyyarəsi ilə Bakıya yola salınıb.