Navalnını müalicə edən həkim öldü


Omskda Aleksey Navalnını müalicə edən baş həkiminin müavini 56 yaşlı Sergey Maksimişin vəfat edib.
Yeniavaz.com
“lenta.ru”ya istinadla xəbər verir ki, bu barədə həmin xəstəxanadan məlumat verilib.
Qurumun saytında yer alan məlumata görə, Maksimişin orada 1992-ci ildən bəri çalışıb. Kritik vəziyyətdə kəskin serebrovaskulyar qəzalar olan xəstələr üçün müalicə metodlarının inkişafına və tətbiqinə rəhbərlik edib. Həkimin ölüm səbəbi göstərilməyib
Qeyd edək ki, rusiyalı müxalifətçi Aleksey Navalnı təyyarədə zəhərləndikdən sonra Omsk xəstəxanasına çatdırılmışdı. Orada qısa müddət müalicə edildikdən sonra Almaniyaya aparılmışdı.

 

DİGƏR XƏBƏRLƏR

Top