Azərbaycan səhiyyə xidmətlərinin səviyyəsinə görə 93 ölkə arasında 91-ci yerdə…


Azərbaycan səhiyyə xidmətlərinin səviyyəsinə görə region ölkələri arasında sonuncu sırada yer alıb.
Yeniavaz.com dünyanın ən nəhəng məlumat bazalarından biri hesab olunan "numbeo"ya istinadən bildirir ki, 93 ölkənin yer aldığı reytinq siyahısında Azərbaycan 91-ci sırda qərarlaşıb.
Səhiyyə xidmətlərinin səviyyəsinə görə Azərbaycan yalnız Banqladeş və Venesueladan öndə olub.
Region ölkələri arasında səhiyyə xidmətlərinin ən yaxşı səviyyədə olduğu ölkə Türkiyə hesab olunur. Türkiyə reytinq siyahısında 28-ci sırada yer alıb.
Keçmiş SSRİ və region ölkələrindən bəzilərinin siyahıdakı mövqeyi belə olub:
21 – Estoniya
26 - Litva
28 - Türkiyə
52 - Latviya
58 – Qazaxıstan
60 - Rusiya
76 - Gürcüstan
79 - Ukrayna
82 - İran
90 - Belarus
91 - Azərbaycan
Səhiyyə xidmətlərinin ən yaxşı səviyyədə olduğu ölkələrin ilk 5-liyində Tayvan, Cənubi Koreya, Fransa, Yaponiya və Danimarka qərarlaşıb.
Məlumat üçün onu da bildirək ki, bu ilin dövlət büdcəsindən səhiyyə xərcləri üçün 1 milyard 409 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub. Göründüyü kimi, 2021-ci ildə Azərbaycanın dövlət büdcəsində adambaşına düşən səhiyyə xərcləri 139 manat təşkil edəcək. Mövcud məzənnə ilə (1$/1,7 AZN) hesabladığımız zaman adambaşına düşən səhiyyə xərcləri Azərbaycanda 82 dollara bərabər olur.

DİGƏR XƏBƏRLƏR

Top