Azərbaycanda zorakılığa məruz qalan qadınlar bu nömrələrlə əlaqə saxlasınlar


Azərbaycanda gender-əsaslı zorakılıqla bağlı yeni qaynar xətt fəaliyyətə başlayıb. 
Yeniavaz.com
xəbər verir ki, gender əsaslı zorakılığa məruz qalmış şəxslər, xüsusilə zorakılıqla üzləşmiş qadın və qızlar 860 qaynar xətti ilə əlaqə saxlaya bilərlər. Mobil nömrələrdən və ölkənin regionlarından isə 012860 yığmaqla qaynar xətlə əlaqə saxlamaq mümkündür. 
Qaynar xəttə müraciət etmiş şəxslər gender-əsaslı zorakılıq və məişət zorakılığı, eləcə də müvafiq dəstək xidmətləri ilə bağlı məlumatlar ala, zəruri hallarda təmənnasız psixoloji konsultasiya ilə təmin oluna bilərlər. 
Qeyd edək ki, 860 qaynar xətti BMT-nin Əhali Fondunun və Azərbaycan hökumətinin birgə əməkdaşlığı nəticəsində ərsəyə gəlib.
Məlumat üçün bildirək ki, sözügedən quruma Psixologiya üzrə fəlsəfə doktoru Günel Aslanova rəhbərlik edir.

DİGƏR XƏBƏRLƏR

Top