Rusiya Su-57-nin satış şərtlərini açıqladı


Rusiya Su-57 beşinci nəsil qırıcıların hansı ölkələrə satıla biləcəyini açıqlayıb.
Yeniavaz.com
“lenta.ru”ya istinadla xəbər verir ki, Rusiya Su-57 qırıcılarının strateji tərəfdaşları olan ölkələrə satışına başlaya bilər. Bu barədə Rusiyanın müdafiə sənayesi mallarının ixracı üzrə fəaliyyət göstərən "Rosoboronexport” şirkəti məlumat verib:
“Rusiyanın strateji tərəfdaşları 5-ci nəsil Su-57E çoxfunksiyalı döyüş təyyarəsi ilə maraqlanarlarsa qırıcını onlara təqdim etməyə hazırıq. Həmçinin qeyd edək ki, hazırda Rusiyanın Su-35 nəsil 4 ++ qırıcısının bir neçə Asiya ölkəsinə tədarükü barədə məsləhətləşmələr aparılır. 
Şirkətdən həmçinin bildirilib ki, Su-57-nin xaricdə satışı yalnız Rusiya Aerokosmik Qüvvələri tərəfindən qəbul edildikdən sonra mümkündür.

DİGƏR XƏBƏRLƏR

Top