Zelenski bəzi televiziyaların fəaliyyətinə qadağa qoyulmasının səbəbini açıqaldı


Ukrayna Prezidenti Vladimir Zelenskinin fərmanı ilə bloklanan “112 Ukrayna”, “NewsOne” və “ZIK” telekanalları barədə yeni məlumat verilib.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, Zelenksi həmin telekanalların ölkədəki islahatlara və dövlətin Avropa və Avroatlantik inteqrasiyaya yönəlmiş fəaliyyətinə mane olduğunu deyib:
"Ukraynanın Təhlükəsizlik Xidmətinin məlumat məkanında Rusiyanın təcavüz təhdidi ilə mübarizədə gördükləri işi qeyd etmək istəyirəm. Kütləvi informasiya vasitələrinə qarşı tətbiq olunan sanksiyalar hansı bir hökumət üçün həmişə çətin bir qərardır. Bu qərar emosional deyil, bir çox Ukrayna dövlət qurumlarının məlumatları əsasında uzun müddət ərzində hazırlanıb. Qərar, heç bir halda söz azadlığına hücum deyil. Bu, milli təhlükəsizliyin qorunması üçün verilən bir qərardır".

 

DİGƏR XƏBƏRLƏR

Top