Boğaziçi Universitetindəki etirazlarda polis maşınına hücum edən 5 nəfər saxlanılıb


Boğaziçi Universitetində rektor təyin edilməsinə etiraz edərək polis avtomobilinə hücum etdiyi iddia edilən 8 şübhəlidən 5-i nəzarətə alınıb, 3 nəfərin axtarışı hələ də davam etdirilir.
Yeniavaz.com
Türkiyə mətbuatına istinadən xəbər verir ki, ötən bazar Boğaziçi Universitetinin şəhərciyində təşkil edilən etiraz aksiyalarında polis və nümayişçilər arasında yaranmış iğtişaş zamanı xeyli sayda etirazçı saxlanılıb.
Qeyd edək ki, Kadıköy Rıhtım Meydanına toplaşan və qeyri-qanuni etiraz aksiyası edən bir qrup şəxs polislərə mane olmaq üçün hücum edib, zibil qutularını dağıdıb və ətrafa ziyan vurub.

DİGƏR XƏBƏRLƏR

Top