Rusiya Müdafiə Nazirliyi Birgə Monitorinq Mərkəzindən məlumat yayıb - FOTO


Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin heyəti, atəşkəsə və Dağlıq Qarabağ münaqişəsi bölgəsindəki hərbi əməliyyatların yerinə yetirilməsinə nəzarət vəzifələrini davam etdirir.
Yeniavaz.com Rusiya Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Rusiya sülhməramlıları atəşkəs rejiminin monitorinqini “Forpost” və “Orlan-10” pilotsuz uçuş aparatlarından istifadə edərək həyata keçirilər.
Birgə Mərkəzin hərbi qulluqçuları davamlı olaraq pilotsuz uçuş aparatlarından idarəetmə mərkəzinə görüntülər alır, burada hərbi texnika, personalın bütün hərəkətləri analiz edilir və tərəflərin təmas xəttini keçməsinin bütün faktları qeyd olunur.
Birgə Mərkəzin növbətçiləri əldə olunmuş razılaşmaların pozulması barədə məlumatları toplayır, ümumiləşdirir və yoxlayır. Dağlıq Qarabağ münaqişəsi tərəflərinin əldə olunmuş razılaşmalara əməl edilməməsi ilə bağlı məsələlər və ya problemlərlə bağlı şikayətlərə baxırlar.
Qeyd edilir ki, Dağlıq Qarabağ münaqişəsi zonasında atəşkəsə və bütün hərbi əməliyyatlara nəzarət edən Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi Rusiya Federasiyası və Türkiyə Respublikası müdafiə nazirləri tərəfindən 11 noyabr 2020-ci ildə imzalanan Memoranduma uyğun olaraq Azərbaycan Respublikası ərazisində yerləşdirilib.


DİGƏR XƏBƏRLƏR

Top