Dünyada ötən sutka koronavirusa 403 mindən çox yoluxma qeydə alınıb


Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 403 mindən çox artıb.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Məlumata əsasən, ötən sutka ərzində 403 263 nəfər yeni koronavirusa yoluxub, 12 120 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 103 362 039, ölənlərin isə 2 244 713 nəfərə çatıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.//trend

DİGƏR XƏBƏRLƏR

Top