Böyük Britaniyada koronavirusdan ölənlərin sayı 108 min nəfəri ötüb


Böyük Britaniyada koronavirusdan həyatını itirənlərin sayı 108 min nəfəri, virusa yoluxanların sayı isə 3 milyon nəfəri ötüb.

Krallıqda virusa yoluxmada artım müşahidə olunsa da, bu günə qədər 9,6 milyon insana peyvəndin ilk dozası vurulub.

Həmçinin Oksford Universitetində aparılan araşdırmalara görə, “Oksford-AstraZeneca” peyvəndi yalnız insanları xəstəliklərdən qorumur, eyni zamanda, virusun yayılma sürətini də yavaşladır.

Universitet tərəfindən 17 min nəfər üzərində aparılan sınaqlar zamanı hər iki doza verilən insanlarda müsbət COVID-19 testlərinin nisbətinin yarıbayarı azaldığı öyrənilib.

Qeyd edək ki, Böyük Britaniyada “Pfizer / BioNTech”, “Oksford Universiteti və AstraZeneca” və “Moderna” peyvəndləri qeydiyyatdan keçib. “Johnson & Johnson” və “Valneva” peyvəndlərinin isə təsdiqlənməsi gözlənilir.//Azərtac

DİGƏR XƏBƏRLƏR

Top