Şəhid Məhəmməd Məmmədlinin qızı dünyaya gəlib - FOTOLAR


Mingəçevirdən olan şəhid Məmmədli Məhəmməd Murad oğlunun Mingəçevir Mərkəzi Xəstəxanasında dünyaya gələn övladı bu gün evə buraxılıb.
Yeniavaz.com xatırladır ki,Məmmədli Məhəmməd 44 günlük Vətən Müharibəsində  Suqovuşan uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Ölümündən sonra ilk qız övladı dünyaya gəlib.
Bu gün Mingəçevir Mərkəzi Xəstəxanasının Doğum şöbəsində keçirilən körpənin evə yola salınma mərasimində şəhidin döyüş yoldaşları və yaxınları iştirak edib.
Doğum şöbəsin müdiri Rahilə İbadullayeva Yeniavaz.com-a körpənin vəziyyəti ilə bağlı məlumat verib. Bildirib ki, bu ilin yanvar ayının 30-da əziz şəhidimiz Məhəmmədin övladı keysəriyyə ilə dünyaya gəlib və sağlam durumda qız uşağıdır: "Hal-hazırda ananın da, uşağın da vəziyyəti kafidir".
Qeyd edək ki,şəhidin arzusu ilə uşağa Fatimə adı verilib.
Prezident İlham Əliyevin Sərəncamına əsasən şəhid Məmmədli Məhəmməd Murad oğlu “Vətən uğrunda” medalı ilə təltif edilib.



Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top