Bu ilin ilk ayı ərzində ayrı-ayrı ölkələrə məxsus milli valyutalar və qızıl dollar qarşısında dəyərdən düşüb.
Yeniavaz.com Mərkəzi Bankın açıqladığı məzənnələrə istinadən bildirir ki, dollar qarşısında məzənnəsini sabit saxlayan Azərbaycan manatı əksər ölkələrin milli valyutaları qarşısında bahalanıb.
Aşağıdakı cədvəldə Azərbaycan manatının bu ilin yanvar ayı ərzində aparıcı valyutaların və qızılın qarşısında bahalandığı qeyd olunub.
Məlumat üçün bildirək ki, son bir ayda Azərbaycan manatı qarşısında ən çox qızıl dəyərdən düşüb. Yanvar ayının 5-də 1 qram qızıl 106,32 manat olduğu halda, bu gün 100,97 manata düşüb. Manat qarşısında ən çox ucuzlaşan avro (1,84%) və İsveçrə frankı (1,93%) olub. Manat qarşısında cüzi şəkildə (0,63%) bahalanan isə İngiltərə funt-stterlinqi olub.
05.01.2021 | 03.02.2021 | |
Dollar (ABŞ) | 1,7000 | 1,7000 |
Avro (AB) | 2,0854 | 2,0471 |
Funt-sterlinq (İngiltərə) | 2,3089 | 2,3235 |
Rubl (Rusiya) | 0,0229 | 0,0224 |
Lirə (Türkiyə) | 0,2291 | 0,2362 |
Lari (Gürcüstan) | 0,5144 | 0,5137 |
Yuan (Çin) | 0,2630 | 0,2632 |
Yen (Yaponiya) | 0,0165 | 0,0162 |
Frank (İsveçrə) | 1,9308 | 1,8936 |
Qızıl (1 qram) | 106,32 | 100,97 |