Ukrayna parlamentində Zelenskinin impiçmenti müzakirə olunacaq – SƏBƏB


Ukrayna Ali Radasında müxalif  partiya “OLE” prezident Vladimir Zelenskinin impiçmenti məsələsini müzakirəyə çıxaracaq.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb. “OLE” partiyasının sədri Vadim Rabinoviçin sözlərinə görə, impiçmentin müzakirəsi Zelenskiniun bəzi televiziya kanallarına tətbiq etdiyi sanksiyalardır:
“Müstəqillik tarixində ilk dəfə üç aparıcı informasiya kanalı bağlandı. Zelenski həqiqəti deyənlərin ağzını bağlamaq istəyir. O, xalqa və Avropanın gələcəyinə meydan oxuyur”.
Qeyd edək ki, Zelenski Ukraynada bəzi media orqanlarının lisenziyaların ləğvi və fəaliyyətlərinin dayandırılması barədə qərar qəbul edib.

DİGƏR XƏBƏRLƏR

Top