İndiyədək 10 qazi müasir protezlə təmin olunub


"Ötən ilin dekabr ayından Vətən müharibəsində iştirak edən qazilərin müasir protezlərlə təminatı həyata keçirilir və artıq 10 qazimiz 11 müasir protezlə təmin olunub".
Yeniavaz.com
APA-ya istinadla xəbər verir ki, bunu mətbuat konfransında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə heyətinin sədri Cavid Əbdül-Qədirov deyib.
O bildirib ki, dünyanın məşhur protez istehsalçılarından olan “OTTO BOKK” şirkəti (Almaniya) ilə əməkdaşlıq şəraitində yaradılan sexdə “Genium” sistemi üzrə protezlər hazırlanır: "Bu protezlər yüksək aktivlik və funksionallıq dərəcəsinə malikdir. Elektron oynaq əsasında hərəkətin tam və daha dəqiq tənzimlənməsinə, sabit, təhlükəsiz, rahat hərəkətə imkan verir". Agentlik sədri reabilitasiya sisteminin müasirləşdirilməsi işlərinin davam etdirildiyini qeyd edib.
O bildirib ki, Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzində yüksək texnologiyalı protezlərin hazırlanması sexi qurulub. "Agentlik tərəfindən hərbi əməliyyat zamanı xəsarət alanlar evlərində və müalicə aldığı tibb müəssisələrində ziyarət olunur və onların durumu qiymətləndirilir".

DİGƏR XƏBƏRLƏR

Top