Ermənistanın yüksək vəzifəli məmurlarının “kazino”da görüntüləri yayıldı – FOTO


Ermənistanın bir neçə yüksək vəzifəli məmurunun “kazino”da çəkilən görüntüləri yayılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ermənistanın "Hraparak" qəzeti məlumat yayıb. Bildirilib ki, fotoda, Ermənistanın Dövlət Gəlirləri Komitəsi rəhbərinin müavini Rafik Məşədyan, “Zvartnots” gömrük şöbəsinin rəisi Tiqran Zakaryan və komitənin daha bir zabiti görünür.
Qəzetin iddiasına görə, bəhs edilən foto Soçidə yerləşən qumarxanalardan birində çəkilib. 
Bu barədə Məşədyanla əlaqə saxlayan erməni jurnalistlər foto barədə ona suallar ünvanlayıblar. O isə “istədiyinizi yayımlayın, bir də cəsarət edib mənə zəng etməyin”-deyə bildirib.
Qeyd edək ki, Rafik Məşədyan Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın yaxın qohumudur.

DİGƏR XƏBƏRLƏR

Top