Mərkəzi Bankın nə qədər valyuta ehtiyatı qalıb? – RƏSMİ AÇIQLAMA

 
Bu ilin yanvar ayında Mərkəzi Bankın valyuta ehtiyatları 3,6 milyon dollar azalaraq fevral ayının əvvəlində 6 milyard 365,2 milyon dollara düşüb. 
Yeniavaz.com Mərkəzi Bankın açıqladığı statistik göstəricilərə istinədən bildirir ki, ötən bir il ərzində valyuta ehtiyatları 35,7 milyon dollar azalıb.
Qeyd edək ki, 2020-ci ilin fevral ayının əvvəlində Mərkəzi Bankın valyuta ehtiyatları 6 milyard 400,9 milyon dollar həddində olub.
Mə­lu­mat üçün bil­di­rək ki, Mərkəzi Bankın val­yu­ta eh­ti­yat­la­rı 2014-cü ilin iyul ayın­da tari­xi zir­və­yə - 15 mil­yard 193 mil­yon dol­la­ra yük­sə­lib. La­kin növ­bə­ti ay­dan - av­qust­dan baş­la­ya­raq val­yu­ta eh­ti­yat­la­rın­da azal­ma mü­şa­hi­də olu­nub. Bu, ey­ni za­man­da 18 ay­dan son­ra qey­də alı­nan ilk azal­ma olub. Be­lə ki, val­yu­ta eh­ti­yat­la­rı 2013-ci ilin fev­ral ayın­dan son­ra heç vaxt aşa­ğı düş­mə­yib. Ən kəs­kin azal­ma isə 2014-cü ilin de­kabr ayın­da baş ve­rib - 1 milyard 238 milyon dollar.
Son 15 il­də Mər­kə­zi Ban­kın
val­yu­ta eh­ti­yat­la­rı:
TARİX VALYUTA EHTİYATLARI
31.12.2006 1 967,3 mln. $
30.11.2007 3 370,4 mln. $
30.12.2008 6 137,0 mln. $
29.12.2009 5 161,7 mln. $
30.12.2010 6 407,6 mln. $
30.12.2011 10 481,5 mln. $
31.12.2012 11 694,8 mln. $
30.12.2013 14 152,0 mln. $
31.12.2014 13 758,3 mln. $
30.12.2015 5 016,7 mln. $
30.12.2016 3 974,4 mln. $
29.12.2017 5 334,6 mln. $
29.12.2018 5 625,7 mln. $
30.12.2019 6 258,0 mln. $
30.12.2020 6 369,4 mln. $
29.01.2021 6 365,2 mln. $

 

DİGƏR XƏBƏRLƏR

Top