Bakıda sürüşməyə meyilli ərazilər - SİYAHI


Bakının geoloji vəziyyətini nəzərə alaraq, bir çox ərazilərin sürüşməyə meyilli olduğunu demək olar.

Bu sözləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev “Ekspert Saatı”nda çıxışı zamanı deyib. 
O bildirib ki, yanvarın 28-də Badamdarda yenidən sürüşmə hadisəsi baş verib:
“Uzun illərin müşahidəsi onu göstərir ki, Bakının relyefi bu ərazidə sürüşmə prosesini şərtləndirən amillərdən biri sayılır. Burada həm də insan amilinin böyük rolu var. 
Bakıda daha çox Zığ, Əhmədli, Qaraçuxur, Günəşli, Masazır və Badamdar qəsəbələri torpaq sürüşmələrinə meyilli zona kimi qiymətləndirilir. Geoloji faktorlar sürüşmələrə əlverişli şərait yaradır. Lakin insan faktoru və texnogen amillərin təsirindən bəzən sürüşmələrin dinamikası süni şəkildə arta bilir. İnsanlar bu prosesə ciddi yanaşmalıdır, yamacların istismarı zamanı yüklənmələrin qarşısı alınmaldır.
Bu sürüşmələrin dinamikasının artımına səbəb olur. Bütün hallarda bu proseslərin qarşısının alınmasında ciddi tədbirlər görülür. Lakin insanlar da yaşadıqları mühitin qorunması üçün əllərindən gələni etmələridir”. //trend.az

DİGƏR XƏBƏRLƏR

Top