Füzulidə 3 nəfərin minaya düşməsi ilə bağlı cinayət işi açıldı - YENİLƏNİB


Fevralın 2-də saat 17 radələrində vətəndaşlar 1981-ci il təvəllüdlü Bəhruz İmanov, 1992-ci təvəllüdlü Azad Muxtarov və 1984-cü il təvəllüdlü Rafis Məmişov “QAZ 53” markalı 11-BJ-263 dövlət nömrə nişanlı avtomobillə Füzuli rayonunun işğaldan azad edilmiş Yuxarı Yağlıvənd kəndi ərazisində hərəkətdə olarkən tank əleyhinə minaya düşməsi nəticəsində B.İmanov həlak olub, A.Muxtarov və R.Məmişov isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Füzuli rayon Prokurorluğundan Yeniavaz.com-a verilən məlumata görə, faktla bağlı Füzuli rayon prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma), 116.0.6 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma) və digər maddələri ilə cinayət işi başlanılıb.
Hazırda zəruri istintaq hərəkətləri həyata keçirilir.

***   17:42
Füzuli rayonunda mülki şəxslər minaya düşüb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlindən (ANAMA) məlumat verilib.
Belə ki, rayonun Yuxarı Yağlıvənd kəndi ərazisində 3 nəfər mülki şəxs, kənar yoldan istifadə edərək işğaldan azad olunmuş əraziyə daxil olarkən minaya düşüb, 1-i yerindəcə həlak olüb, digərləri isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

DİGƏR XƏBƏRLƏR

Top