“Baş qərargah rəisi iclasda Paşinyanı ittiham etdi, söyüş söyüb otaqdan çıxdı”


Ermənistanın baş naziri Nikol Paşinyanın keçirdiyi Təhlükəsizlik Şurasının iclasında baş verən hadisələr açıqlanıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “news.am” məlumat yayıb. İclasa Ermənistan ordusunun baş qərargah rəisi Onik Qasparyan ilə Paşinyan arasında gərginlik yaşandığı məlum olub. Belə ki, dövlət rəsmiləri, nazirlərin iştirakı ilə keçən iclasda Paşinyan Silahlı Qüvvələrin baş qərargah rəisinə məğlubiyyətlə əlaqədar sərt ittihamlar səsləndirib. Bunu eşidən Qasparyan söyüş söyüb qapını çırparaq otaqdan çıxıb. Bunu görən Müdafiə naziri Vaqarşak Harutyunyan onun ardınca gedib geri qaytımağa razı salıb. Paşinyan isə bu hadisədən sonra  Müdafiə Nazirliyinin rəhbərliyinə qarşı cinayət işləri başlanması barədə əmr verdiyi bildirilib.
Qeyd edək ki, bundan əvvəl də Qasparyanla Paşinyan arasında gərginlik yaşanıb. Paşinyan Qasparyanı əmrə tabe olmamaqda günahlandırmışdı.
 

DİGƏR XƏBƏRLƏR

Top