Universitetdən tələbənin saxlanılması ilə bağlı AÇIQLAMA


Lənkəran Dövlət Universiteti imtahanda aldığı qiymətə etiraz edən üç tələbənin saxlanılması ilə bağlı yayılan məlumata münasibət bildirib.

Yeniavaz.com-un xəbərinə görə, Universitetin mətbuat katibi Esmira İsmayılova “Qafqazinfo”ya açıqlamasında bildirib ki, adı çəkilən şəxslərdən yalnız Əhməd Məmmədli LDU-nun tələbəsidir: “Həmin tələbə Əski yazı fənnindən aldığı qiymətin az olduğuna etiraz edib, amma imtahandan da kəsilməyib. Sadəcə qiymətin aşağı olduğunu deyir. Bunun üçün isə prosedura görə universitetin apelyasiyasına müraciət olunmalıdır. Lakin həmin tələbə vaxtında bu müraciəti etməyib. Müddət bitdikdən sonra müraciət edib. Yenə də onun işinə baxılıb və tədris işləri üzrə prorektor tərəfindən cavab verilib. Əhməd Məmmədlinin imtahan cavabını başqa müəllim də yoxlayıb”.

E.İsmayılova qeyd edib ki, Əhməd Məmmədli, Orxan İsgəndərli və Samir Axundzadənin saxlanılmasının universitetə aidiyyatı yoxdur: “Onlar bəyanat hazırlayıblar və oxuyacaqmışlar. Həmin şəxslər universitetə çatmadan, universitetin rəhbərliyindən heç kimlə görüşmədən saxlanılıblar. Onların bəyanatı da Lənkəran Dövlət Universiteti ilə bağlı deyil, ümumilikdə, ölkədəki təhsil sistemi ilə bağlıdır”.

DİGƏR XƏBƏRLƏR

Top