Rusiyalı həkim bu geyimlərin xərçəngə səbəb olduğunu açıqladı


Rus kemoterapist Andrey Bazlev xərçəngə səbəb olan geyimlərin adını açıqlayıb.
Yeniavaz.com
“lenta.ru”ya istinadla xəbər verir ki,  rusiyalı mütəxəssis Andrey Bazlev polyester kimi sintetik materiallardan hazırlanan şeylər xərçəng riskini artırır. 
“Bu parçanın tərkibində “formaldehid”, “ammonyak”, “teflon, “ftalat” kimi kimyəvi maddələr var. Bütün bu maddələr tənəffüs yollarının xəstəliklərinə səbəb ola bilər və olduqca ciddi bir kanserogen maddələrdir”. 
Həkim həmçinin qeyd edib ki, hazırda sintetik materialların bədxassəli neoplazmaları ortaya çıxarması barədə heç bir elmi sübut yoxdur. Buna baxmayaraq Bazlev, qeyri-təbii parçalarla uzun müddətli təmasdan qaçınmağı tövsiyə edib və sintetik yataqlardan imtina etməyə çağırıb.

DİGƏR XƏBƏRLƏR

Top