Paşinyan sabiq XİN başçısını Rusiyaya səfir təyin edəcək – Erməni mətbuatı


Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyaya yeni səfir təyin edəcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb. Bildirilib ki, Paşinyanın Rusiyaya təyin edəcəyi səfirin kimliyi açıqlanmasa da həmin şəxsin Ermənistanın keçmiş Xarici İşlər naziri Zöhrab Mnatsakanyan olduğu deyilir. 
Paşinyan hökumətindən isə bununla bağlı hələlik heç bir rəsmi açıqlama verilməyib. 

DİGƏR XƏBƏRLƏR

Top