Navalnı məhkəməyə aparıldı - VİDEO


Rusiyalı müxalifətçi Aleksey Navalnı Moskva Şəhər Məhkəməsinin binasına aparılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “lenta.ru” xəbər yayıb. İlkin məlumatlara görə, məhkəmə ona verilən şərti cəzanı dəyişərək həbs edilməsi barədə qərar verəcək.
Qeyd edək ki, Aleksey Navalnı Almaniyada müalicə alıb Rusiyaya qayıtdıqdan sonra hava limanında həbs edilmişdi. Daha sonra Rusiya əhalisini hökumət əleyhinə etirazlara çağırmışdı. Nəticədə yanvarı 23-də Rusiyanın bir çox yerində insanlar küçələrə axışdı. Bir gün davam edən aksiyaya Rusiya polisi müdaxilə etdi.

DİGƏR XƏBƏRLƏR

Top