Gürcüstan parlamenti 51 deputatın mandatını ləğv edəcək


Gürcüstan parlamenti 51 müxalifətçi deputatın səlahiyyətlərinin ləğvi məsələsinə baxacaq. 
Yeniavaz.com
“TASS”a istinadla xəbər verir ki, müxalifətçi deputatlarının mandatının ləğvi üçün 50 millət vəkilinin razılığı kifayət edəcək. Qərar qəbul edildiyi təqdirdə Gürcüstan parlamenti tarixində ilk dəfə 150 ​​millət vəkilindən ibarət olan ali qanunverici orqan, üzvlərinin üçdə birindən çoxu olmadan işə davam edəcək.
Qeyd edək ki, müxalif millət vəkilləri keçən ilin dekabrında özləri parlamentə müraciət edərək mandatdan məhrum edilmələrini istəyiblər. Buna səbəb kimi isə keçirilən sonuncu parlament seçkilərinin saxtalaşdırılmasını göstərirlər.

DİGƏR XƏBƏRLƏR

Top