Ermənistanın saxladığı iki Azərbaycan hərbçisi sərbəst buraxıldı - Rusiya MN


Ermənistanın Təhlükəsizlik Xidməti tərəfindən tutulan Azərbaycanın iki hərbçisi, Rusiya sülhməramlılarının vasitəçiliyi ilə sərbəst buraxılıb.
Yeniavaz.com
“interfax”a istinadla xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Rusiya sülhməramlı kontingentinin vasitəçiliyi ilə, 30 yanvar 2021-ci il tarixində Ermənistanın Təhlükəsizlik Xidməti tərəfindən tutulan Azərbaycan Respublikası Silahlı Qüvvələrinin iki hərbçisi sərbəst buraxılıb.
Xəbərdə həmçinin qeyd olunub ki, yanvarın 30-da Azərbaycan tərəfinin tələbi ilə Rusiya sülhməramlı kontingentinin tibbi xüsusi təyinatlı həkimləri 16 xəstə Azərbaycan əsgərini Çinarlı kəndindən Çardaqlı kəndinə köçürülərək azərbaycanlı həkimlərə təhvil verilib.
 

DİGƏR XƏBƏRLƏR

Top