Ukraynada orta məktəbdə kütləvi zəhərlənmə baş verib


Ukraynada Kirovoqradda yerləşən orta məktəblərin birində qidadan kütləvi zəhərlənmə olub.

AZƏRTAC xəbər verir ki, Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin Kirovoqrad vilayət şöbəsinin yaydığı məlumata görə, Kropivnitsk məktəbində 1-4-ci sinif şagirdləri arasında kütləvi zəhərlənməyə səbəb məktəbin bufetində istifadə olunan qida məhsulu əsas göstərilib.

15-ə yaxın şagird mədə ağrısı, ürək bulanma, temperatur problemi ilə xəstəxanaya müraciət edib, onlardan bir neçəsi xəstəxanaya yerləşdirilib.

Orta məktəbin 1-4-cü siniflərində əyani təhsil dayandırılıb, distant formaya keçirilib, bufetdə istifadə olunan qidalar laboratoriyaya göndərilib.

DİGƏR XƏBƏRLƏR

Top