İnsanda qurd olduğunu göstərən 20 əlamət


İnsan orqanizmində minlərlə qurd var və onlar səhhətimizi, hətta psixologiyamızı zamanla, yavaş-yavaş məhv edir.

Qurdlar təkcə uşaq orqanizmində olur fikri yanlışdır. Qurdlar insanı uşaqlıqdan ölənə kimi müşayiət edir və zamanla çoxalaraq fəsadlara da yol açır.
Orqanizmin parazit və qurd "hücum”una məruz qalması dəhşətli xəstəliklərə yol açır.

Böyük insanda qurd olmasının əsas simptomları bunlardır:
• Anemiya, qanazlığı
• Dərinin ağarması
• Bədən çəkisinin qəfil və sürətlə itməsi
• Diareya, qəbizlik
• Tez-tez ürəkbulanma, qusma
• Nəcisdə qurd və yumurtalarının görünməsi
• Nəcisdə ara-sıra qan görüntüsü
• Qarında qarışıq ağrılar
• Qarında dəhşətli köp
• Mərkəzi sinir sisteminin parazitlər vasitəsilə zədələnməsini göstərən simptomlar: Başın müxtəlif nahiyələrində intensiv ağrılar, başgicəllənmə, ürəkbulanma, əsnəmə, titrəmə, əzələ oynaq ağrıları, halsızlıq, xroniki yorğunluq, ya çox yatmaq istəyi ya da yuxusuzluq
• Allergiya – dəri örtüyünün korlanması
• Qaşınma, səpkilər
• Burun tutulması, səbəbsiz öskürək
• Gözlərdə zəiflik.

Qurdların, parazitlərin sizi yavaş-yavaş "yeməsinə” imkan verməyin. Vaxtında xilas olun.//medicina.az

DİGƏR XƏBƏRLƏR

Top