SOCAR Pakistanı hansı şərtlərlə maye qazla təmin edəcək?

Azərbaycanın Dövlət Neft Şirkəti (SOCAR) Pakistanı G2G (Government to Government - dövlətlərarası e-ticarət) sazişinə əsasən maye qazla təmin edəcək.

Bu barədə “Dawn News” məlumat yayıb.

Dövlət Neft Şirkəti (SOCAR) “Pakistan LNG Ltd” (PLL) və Pakistan Dövlət Neft Şirkətinə (PSO) il boyu benzin və LNG (maye qaz) yüklərinin kreditlə tədarükünü təklif edib. Saziş iki ölkə arasındakı strateji dostluq münasibətlərinə əsasən tənzimlənib.

“Socar Trading” 15-16 fevral tarixlərində müqavilə əsasında LNG yüklərinin müqaviləyə əsasən Pakistana çatdırılacağını təsdiqləyib.

SOCAR-ın uzunmüddətli benzin və LNG təchizatı ilə bağlı təklif irəli sürdüyü təsdiq edilib və təklif hər iki tərəf üçün ticari cəhətdən məqbul şərtlərə əsaslanıb.

Qeyd edək ki, 2020-ci ilin sonunda Pakistan təbii maye qaz (LNG) yükünün idxalı üçün tender elan edib. Tenderin qalibləri arasında Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti - SOCAR da olub. “Pakistan LNG” Ltd-nın elan etdiyi tenderdə SOCAR-la yanaşı “Vitol” və “Trafigura” şirkətləri də i.ştirak edib.//oxu.az

DİGƏR XƏBƏRLƏR

Top