Nüvə razılaşmasına geri qayıtmaqla bağlı İrandan açıqlama


"İranın nüvə razılaşmasına geri qayıtması ancaq, sanksiyaların ləğv edilməsinin açıq şəkildə hiss olunmasından sonra baş verə bilər".
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, bu sözləri İran Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səid Xətibzadə deyib. O bildirib ki, İran ABŞ prezidenti Co Baydenin bir imzası ilə nüvə razılaşmasına geri dönməyəcək.
Qeyd edək ki, bundan əvvəl İran hökuməti nüvə razılaşmasına geri dönməyin yeganə şərtinin onlara qarşı ABŞ-ın tətbiq etdiyi sanksiyaların ləğv edilməsi olduğunu bildirmişdi. 

DİGƏR XƏBƏRLƏR

Top