İngiltərədə karantin qaydaları ilin sonuna qədər davam edə bilər


İngiltərədə mütəxəssislər il ərzində koronavirus əleyhinə tətbiq olunan məhdudiyyətlərin davam edə biləcəyi xəbərdarlığını verib.
Yeniavaz.com
xarici KİV-ə istinadən xəbər verir ki, bu istiqamətdə İngiltərənin “Varvik” universiteti araşdırma aparıb. Araşdırmada məlum olub ki, peyvəndlənmə proqramı yetərincə nəticə verməsə, koronavirus üçün tətbiq olunan məhdudiyyətlər yumşaldılmayacaq. Mütəxəssislər peyvəndlənmənin təsir etməyəcəyi halda ölüm və yoluxma hallarının arta biləcəyinə diqqət çəkib.
Peyvəndlənmə ilə yoluxmanın 60 faiz qarşısı alınarsa, may ayının sonunda karantinə son qoyula bilər. Ancaq sentyabr ayının əvvəlində isə yenidən karantin qaydalarını tətbiq edərək bu halın ən az insan itkisi ilə nəticələnməsi üçün ideal hal olacağı bildirilib.
Qeyd edək ki, İngiltərədə koronavirusdan son 24 saat ərzində 587 nəfər ölüb, 21 min 88 nəfər koronavirusa yoluxub. Ümumilikdə isə ölkə üzrə ölüm sayı 106 min 158, yoluxma sayı 3 milyon 817 min 176 nəfər olub.

DİGƏR XƏBƏRLƏR

Top