
"Tarif Şurası parlamentdən kənar büdcəyə müdaxilə edən qurumdur. Tarif Şurasının üzvləri nazir müavinləridir. Onlar da siyasi məsuliyyət daşımır".
Bunu deputat Erkin Qədirli parlamentin bu gün keçirilən iclasında deyib.
"Həmin şəxslər qiymətləri qaldıra bilirlər. Büdcəyə hər hansı müdaxilə parlamentin icazəsi olmadan olmamalıdır. Ona görə biz bu məsələni həll etməliyik”, millət vəkili qeyd edib. //Qafqazinfo
 
                             
                     Tətbiqimizi yükləyə bilərsiniz
                    Tətbiqimizi yükləyə bilərsiniz
                