Region ölkələrində suyun qiyməti neçəyədir? – SİYAHI


Xəbər verdiyimiz kimi, dünən Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib və iclasda “Azərsu” ASC-nin təklifi əsasında əhali üzrə su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin tariflərinə yenidən baxılıb.
Yeniavaz.com xəbər verir ki, Tarif  Şurasının iclasında bir kub metr su təchizatının tarifi ƏDV daxil olmaqla əhali üzrə Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu üçün 70 qəpik (əvvəlki tarif 35 qəpik), digər inzibati ərazi vahidləri üzrə 60 qəpik (əvvəlki tarif 30 qəpik), tullantı sularının axıdılması xidmətinin tarifi isə ölkə üzrə bir kub metr üçün 30 qəpik (əvvəlki tarif 15 qəpik) səviyyəsində təsdiq edilib.
Məlumat üçün bildirək ki, Şuranın açıqlamasında tarif dəyişikliyinin səbəbi kimi  “Azərsu” ASC-nin dövlət büdcəsindən asılılığının azaldılması göstərilib.
Xatırlayırsınızsa, Tarif Şurası kommunal xidmətlərin tariflərini artırarkən hər zaman region ölkələrindəki tarifləri nümunə olaraq göstərib. Buna sonuncu dəfə bu ilin yanvar ayının 4-də “Aİ-92” markalı avtomobil benzininin və dizel yanacağının pərakəndə satış qiyməti artırıldığı zaman şahid olmuşuq. Lakin, maraqlıdır ki, dünən Tarif Şurası suyun qiymətinin qaldırılmasını əsaslandırmaq üçün region ölkələrindəki qiymətlərin müqayisəsini təqdim etməyib.
Maraqlı olacağının nəzərə alaraq hazırda region ölkələrindəki su və kaanlizasiya tariflərini təqdim edirik:
Ölkələr Su tarifi
(1 kub metr üçün)
Kanalizasiya tarifi
(1 kub metr üçün)
Mənbə

Türkiyə

1,1 manat (4,8 lirə) 37 qəpik (1,6 lirə) https://iski.istanbul/web

Rusiya

94 qəpik (42,3 rubl) 69 qəpik (31 rubl) https://www.mos.ru

Azərbaycan

70 qəpik 30 qəpik http://www.tariffcouncil.gov.az

Ukrayna

69 qəpik (11,5 qrivna) 61 qəpik (10,2 qrivna) https://index.minfin.com.ua

Belarus

60 qəpik (0,93 rubl) 38 qəpik (0,59 rubl) http://www.tarify.by

Ermənistan

58 qəpik (180 dram) - https://www.veolia.am

Gürcüstan

20 qəpik (0,39 lari) 6 qəpik (0,11 lari) https://www.gwp.ge

Qazaxıstan

18 qəpik (44,9 tengə) 19 qəpik (47,5 tengı) https://www.semey-vodokanal.kz

DİGƏR XƏBƏRLƏR

Top