Bu tarixə olan su sərfiyyatı köhnə tariflə hesablanacaq - RƏSMİ


“Vətəndaşlar haqlı olaraq soruşurlar ki, bizim sağyacımızın müəyyən hissəsi yanvar, digər hissəsi fevral ayında olacaq. Bu zaman tariflər necə müəyyən olunacaq? Bununla bağlı AZƏRSU ASC-nin İnformasiya Kommuniksiya Departamenti tərəfindən proqram hazırlanır. Bu problemə proqram rəqəmsal olaraq özü cavab verəcək”.
Yeniavaz.com
 xəbər verir ki, bunu "Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib.
O bildirib ki heç bir insan amili olmadan vətəndaşın sayğac göstəriciləri qeyd  ounacaq: “Sayğac göstəricilərində ilk və son göstəriciləri olmaqla iki oxunma var. Məsələn yanvarın 15-də abonentin sayğacı oxunub və növbəti dəfə fevralın 15 oxunanda  bu zaman proqram avtomatik orta günlük su sərfiyyatı hesablayacaq. Yəni vətəndaş 30 günə 30 kub su işlədibsə, 15 kub köhnə tariflə (0.50 qəpik), 15 kub isə yeni tariflə (1 AZN) hesablanacaq. Əgər hər hansı mübahisəli məqam yaranarsa vətəndaşın xeyrinə öz həllini tapacaq. Abonentlər narahat olmasın. Bu xüsusilə mexaniki sayğaclarda və sayğac olmayan, ailənin sayına görə hesablanan yerlərdə nəzərə alınacaq”.

DİGƏR XƏBƏRLƏR

Top